Eldar Həsənov DTX-yə qaytarıldı
28 İyul 2021 06:19 SosialDTX-nin hərbi hospitalında əməliyyat edilən Azərbaycanın Serbiya, Monteneqro və Bosniya və Herseqovinadakı sabiq səfiri, keçmiş baş prokuror Eldar Həsənov yenidən DTX-nin İstintaq Təcridxanasına qaytarılıb.
Bu barədə sabiq baş prokurorun vəkilləri Gununsesi.info-ya açıqlamasında deyiblər.
Qeyd edək ki, bağırsaq keçməzliyindən əziyyət çəkən Eldar Həsənovun səhhəti ağırlaşdığından bir neçə gün əvvəl onun üzərində cərrahiyə əməliyyatı aparılıb.
Onu da bildirək ki, Eldar Həsənovun cinayət işi üzrə istintaq prosesi yekunlaşıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31