Təcavüz etmək istəyənlər sərbəst buraxıldı, özünü qoruyan qız isə...

Türkiyənin İzmir şəhərində gənc qıza təcavüz etmək istəyən şəxslər azadlığa buraxılıb.

28 yaşlı Cemre Atəş ona təcavüz etmək istəyən 3 nəfərin azadlığa buraxılmasına üsyan edib.

Təhlükəsizliyinə görə narahatlıq keçirdiyini deyən gənc qız özünü müdafiə etdiyi zaman təcavüzçülərdən birini yaraladığı üçün işinin hələ məhkəmədə olduğunu bildirib.

Cemre həmin şəxslərin azadlıqda olub özünə qarşı cinayət işinin açılmasını "qorxunc" olaraq dəyərləndirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31