Gəncədə həyətyanı sahələri su basıb, elektrik enerjisinin verilişi dayandırılıb
Bu gün axşam saatlarında Gəncə şəhərində yağan leysan yağış və dolu bir sıra fəsadlar törədib
27 İyul 2021 20:16 SosialBu gün axşam saatlarında Gəncə şəhərində yağan leysan yağış və dolu bir sıra fəsadlar törədib.
Leysan yağış səbəbindən avtomobillərin hərəkətində qismən çətinlik yaşanıb, şəhərin bəzi küçələrini, evlərin həyətyanı sahələrini su basıb.
Hava şəraitinə görə şəhərin bəzi hissəsinə elektrik enerjisinin verilişi dayandırılıb.
Hazırda Gəncə şəhəri və ətraf rayonlarda yağıntılı hava şəraiti davam edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31