Maska məcburiyyəti tamamilə ləğv edilə bilər? - AÇIQLAMA

Bir sıra xarici ölkələrdə tam peyvənd olunmuş şəxslərin maska taxmaq məcburiyyəti ləğv edilib. Hətta ölkə əhalisinin yarısını peyvəndləyən İngiltərə 19 iyuldan artıq əksər karantin qadağalarını ləğv edir. Bura maskanın tamamilə ləğvi də daxildir. Qeyd olunur ki, 2 doza vaksin alan şəxs viruslu şəxslə təmasda olsa belə, təcrid edilməsinə ehtiyac yoxdur.

Azərbaycanda da digər karantin qadağalarının və maskanın tamamilə ləğvi mümkün ola bilərmi?

Olaylar.az xəbər verir ki, mövzu ilə bağlı danışan infeksionist Mərdan Əliyev Azərbaycanda vaksinasiyanın zəif getdiyini bildirib:

"Azərbaycanda vaksinasiya Avropa ölkələrindəki ikimi sürətli aparılmır. Vaksinasiya ən azı əhalinin 50-60 faizini əhatə etməlidir ki, tam arxayınlıq yaransın, məhdudiyyətlər ləğv edilsin. Amma bizdə vaksinasiyanın gedişi hələ ki zəifdir. Vaksinasiya ən azı payıza qədər bitməlidir ki, rahat olaq".

Ekspert tam peyvənd olunan şəxslərin digər ölkələrdə olduğu kimi maskadan azad edilməsinin bizdə mümkün olmadığını söyləyib:

"Vaskin olunan şəxslərin maska taxmaması ilə bağlı məsələ bir az çətindir. Çünki buna tam əməl olunmayacaq. Deyək ki, toy mərasimdir. Orada insanların yarısı maska taxacaq, yarısı taxmayacaq.

Digər tərəfdən xeyli ölkədə "Delta" ştammı yayılıb. Bir doza peyvənd insanları bu xəstəlikdən qorumur. Hər iki doza vurulmalıdır ki, effektiv olsun".

M.Əliyev pandemiya bitərsə, 3-cü dozaya ehtiyac qalmayacağını bildirib:

"Ölkə əhalisinin hamısı tam peyvəndləndikdən sonra pandemiya bitərsə, 3-cü dozaya ehtiyac qalmaya bilər. Bu qayadalar pandemiyanın olduğu müddətdə keçərlidir. Əgər yoluxma sayı 0-a düşərsə və ya səthi xarakter alarsa, onda 3-cü doza heç olmayacaq".

Olke.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31