Dörd uşaq atasını cərəyan vurub öldürdü

Ucar sakinini elektrik cərəyanı vuraraq öldürüb.

Olaylar.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Müsüslü kənd sakini, 1976-cı il təvəllüdlü Ağayev Natiq Kamil oğlu su nasosu ilə həyəti sulayan zaman onu cərəyan vuraraq öldürüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, N. Ağayev dörd uşaq atasıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31