Nazir müavini: “Gələn ilin yanvar ayında Zəngilanda yaradılan “ağıllı kənd”ə sakinlərin yerləşdirilməsi gözlənilir”
7 İyul 2021 13:07 Sosial"İşğaldan azad olunmuş ərazilərdə "ağıllı şəhər"lər və "ağıllı kənd"lər salınmasına start verilib". "Olaylar"ın məlumatına görə, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının təqdimat mərasimi zamanı deyib. Nazir müavini bildirib ki, "Gələn ilin yanvar ayında Zəngilanda yaradılan "ağıllı kənd"ə sakinlərin yerləşdirilməsi gözlənilir: "Bu ərazilərdə beynəlxalq hava limanları da tikilir. Bildiyiniz kimi, Füzulidə hava limanının tikintisi davam edir. Hava limanının bu il sentyabrın 5-də açılacağı gözlənilir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31