24 yaşlı oğlan özünü körpüdən atdı - FOTO
5 İyul 2021 15:46 SosialGəncədə 24 yaşlı oğlan özünü körpüdən atıb.
Olaylar.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində yerləşən avtomobil körpüsündə qeydə alınıb.
Körpünün üzərinə çıxan şəxs özünü oradan atıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Özünü körpüdən atan şəxsin 1997-ci il təvəllüdlü Ələsgərov Oruc Vaqif oğlu olduğu məlum olub.








Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31