Vulkan püskürən zaman ölüm halı qeydə alınıb? - RƏSMİ
“Daşlı adadakı vulkan çoxdandır ki, püskürmürdü. Bu vulkan sonuncu dəfə 1945-ci ildə ildə püskürmüşdü”.
5 İyul 2021 12:45 Sosial"Daşlı adadakı vulkan çoxdandır ki, püskürmürdü. Bu vulkan sonuncu dəfə 1945-ci ildə ildə püskürmüşdü".
Olaylar.az-ın məlumatına görə, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.
Onun sözlərinə görə, alovlanma platformada baş verməyib:
"Araşdırmalar onu göstərdi ki, Daşlı adada vulkan 8 dəqiqə püskürüb, dərinliyi 1,5 kilometr yarıma kimidir".
O qeyd edib ki, vulkan püskürən zaman ölüm hallarının olması ilə bağlı şayiələr yayılıb: "Bu, düzgün deyil".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31