Hava stabilləşən kimi partlayış olan adaya ekspedisiya qrupu göndəriləcək
5 İyul 2021 12:37 SosialDənizdə palçıq vulkanlarının olmamasına dair yayılan şayiələr həqiqəti əks etdirmir.
Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttar-zadə deyib.
Onun sözlərinə görə, Xəzərdə və ölkənin digər yerlərində palçıq vulkanlarının olmasına dair xəritə var və xəritədə bu vulkanlar əks olunub.
"Qeyd edim ki, 1971-ci ildə hazırlanıb. Dünyada vulkanlarla bağlı ilk geoloji atlasdır. Hava stabilləşən kimi adaya ESTN, FHN, AMEA və SOCAR birgə ekspedisiya qrupu göndəriləcək, ətraf mühitə dəymiş zərər qiymətləndiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31