Dünən Xəzər dənizində baş verən partlayış insanlar arasında əməlli-başlı təşviş yaratdı və müzakirələrə səbəb oldu. Partlayışa səbəb kimi müxtəlif versiyalar səsləndirilsə də, rəsmi qurumlar hadisənin vulkan püskürməsi nəticəsində baş verdiyini açıqladılar.
Bəs bu cür güclü partlayışın vulkan püskürməsi səbəbindən baş verməsi mümkündürmü?

İlham Şaban əlavə edib ki, hadisə Ələt və Neftçala arasındakı ərazidə baş verib: "Buradan təxminən 90 kilometrə yaxın ərazidə palçıq püskürməsi oub, özüdə sahildən 30 kilometr uzaqlıqda müşahidə edilib. Videolardan da gördük ki, alov çox güclü olub. Bu onun göstəricisidir ki, daşlı ada vulkanik mənşəli ərazidir. Yerin altında olan enerji müəyyən bir kuliminasiya nöqtəsinə çatanda, səthə çıxmaq üçün yer axtarır. Qazın təzyiqi həddən artıq yüksək olub və səthdəki boşluqları yararaq yerin üzərinə çıxıb. Yüksək təzyiq altında sürtünmə baş verdiyindən qığılcım yaranıb. Beləliklə də, yerin səthinə çıxan qaz oksigenlə birləşərək güclü alovla nəticələnib. Orada toplanan qazın həcminin çoxluğundan yanğın güclü olub".