Anar Bağırov Mediasiya Şurası idarə heyətinin yeni sədri ilə görüşüb
Bu gün Vəkillər Kollegiyasının sədri Anar Bağırov Mediasiya Şurasının idarə heyətinin yeni seçilmiş sədri Nadir Adilovla görüşüb.
5 İyul 2021 12:20 SosialBu gün Vəkillər Kollegiyasının sədri Anar Bağırov Mediasiya Şurasının idarə heyətinin yeni seçilmiş sədri Nadir Adilovla görüşüb. "Olaylar" xəbər verir ki, bu barədə məlumat verən A.Bağırov qeyd edib ki, Nadir müəllimi Mediasiya Şurasının ilk idarə heyətinin sədri seçilməsi münasibətilə vəkillər adından təbrik edib, bu məsul, çətin, lakin çox şərəfli yeni görəvində uğurlar arzulayıb: "Təsisçilərindən biri kimi yeni formalaşan Şuranın idarə heyətinin işinə hər çür dəstək verməyə hazır olduğumuzu bildirdim. Nadir müəllim çox səriştəli və savadlı, böyük təcrübəyə malik olan peşəkar idarəçidir. Onun rəhbərliyi ilə ölkəmizdə mediasiya institutunun qısa zamanda öz layiqli yerini tutacağına tam əminəm. Görüşdə həmçinin gələcək əməkdaşlığımız barədə müzakirə apardıq".