Evli kişiləri "tora salan" qadınlar ifşa olundu: Şeytanın ağlına gəlməyən yola əl atıblar
5 İyul 2021 12:12 SosialTürkiyədə çox sayda insanı aldadaraq külli miqdarda pulları mənimsəyən dəstə üzvləri ifşa edilib.
Olaylar.az xəbər verir ki, şübhəlilər internet səhifəsi açaraq insanları fahişəliyə "cəlb" ediblər. Şübhəlilər əvvəlcə müştəri tapmaq adı ilə onlardan fotolar tələb ediblər. Ardınca isə həmin şəxsi məlumatlarla insanlar şantaj edilib. Məlumata görə, şübhəlilər 100 minə qədər insandan bu yolla pul alıblar. "Tora düşənlər" ailələrinin xəbər tutmasından narahat olaraq tələb edilən pulu ödəyiblər.
Şübhəlilər arasında qadınlar da var. Hadisənin üstü aldadılan gənclərdən birinin ifadəsi əsasında açılıb.metbuat.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31