Ustanı cərəyan vurdu, öldü

İyulun 3-ü saat 15 radələrində rayon sakini Hüseyn Mirzəyevin elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Səbail rayon prokurorluğundan "Olaylar"a verilən məlumata görə, Hüseyn Mirzəyev Səbail rayonu, E.Əzizov küçəsində yerləşən "Qurman" restoranında optik kabel xəttində yaranmış  nasazlığı aradan qaldırarkən elektrik xəttinə toxunması nəticəsində hadisə yerində ölüb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31