Azərbaycanda hakimlərin sayı artırılacaq

"Prezidentin müvafiq fərmanında hakimlərin sayının artırılması nəzərdə tutulur. Bu, hakimlərin iş yükünün azaldılması məqsədi daşıyır"."Olaylar"ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında vitse-spiker Əli Hüseynli Mülki Prosessual Məcəlləyə təklif edilən dəyişikliyin müzakirəsi zamanı deyib. Deputat qeyd edib ki, bu ilin fevral ayında 44 yeni hakim təyin olunub: "44 hakim hazırlıq mərhələsindədir. Hakimlərin seçilməsi prosesi davamlı şəkildə gedir. Ümumilikdə, Prezidentin fərmanın tətbiqi ilə bağlı 2 il ərzində çox ciddi işlər gedir. Bu ilin payızında hakim korpusunun sayı kifayət qədər artmış olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31