Əhalisinin 85 faizi vaksinasiya olunmuş İsraildə yoluxma niyə artır? – Həkimdən açıqlama
2 İyul 2021 13:18 Sosial"Bu ölkədə yüksək vaksinasiya fonunda yoluxma sayının artmasını heç də peyvəndlənmənin prosesə təsirinin olmadığı kimi qiymətləndirmək olmaz".
Bu sözləri açıqlamasında İsraildə əhalinin 85 faizi peyvənd olunsa da, son günlər həmin ölkədə koronavirusa yoluxma sayında artımın baş verməsinə münasibət bildirərkən həkim Aydın Əliyev deyib:
"İsraildə yoluxma həqiqətən artır. Amma bu artım həmin ölkə üçün elə də ciddi təhlükəli deyil. Ona görə ki, peyvənd olunmaq tək yoluxmanın qarşısını almır. Həm də virusa yoluxanların prosesi peyvəndlənmədən əvvəl olduğu kimi kəskindeyil, yüngül keçirməsinə gətirib çıxarır. Yəni, yoluxma sayı artsa da peyvəndlənmənin yüksək həddi fonunda virusa tutulanlar prosesi yüngül, soyuqdəymə, qrip şəklində keçirirlər. Bu zaman isə təhlükə olmur. Yüz nəfərdən birində ağırlaşma olar, ya olmaz. Bu da peyvəndlənmənin xidmətidir".
Həkim düşünür ki, əksinə peyvəndlənmə olmasaydı, indi daha təhlükəli vəziyyətlə üz-üzə qalacaqdıq: "Bu vəziyyət bizdə panika yaratmamalıdır. Vaksinasiya çox vacibdir, bu hələlik yeganə çıxış yoludur".
sfera