Bu ilin 6 ayında 68 nəfər minaya düşüb

2021-ci ilin ötən dövründə Azərbaycan Respublikasının 68 vətəndaşının minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb. Bunlardan da 21 nəfəri həlak olub. Bundan başqa 5 nəfərlə bağlı daxil olmuş məlumat dəqiqləşdirilir.

Bu barədə məlumat "OLAYLAR"-a Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyindən daxil olub. Bildirilib ki, 30 İyun 2021-ci il tarixdə Azərbaycan Respublikasının Xocavənd rayonunda Rusiya sülhməramlıların nəzarət etdiyi ərazidə Ermənistan ordusunun 3 hərbçisi özlərinin basdırdıqları minanın partlayışına məruz qalıb, nəticədə 1 nəfər ölmüş və 2 nəfər yaralanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31