Deputat: “Qiymət qalxırsa,  pensiyaçılar, aztəminatlı ailələr bundan əziyyət çəkir”

Deputat Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən növbədənkənar sessiyasında pensiyalar haqqında danışıb.

Deputat Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən növbədənkənar sessiyasında pensiyalar haqqında danışıb. "Olaylar"ın xəbərinə görə, deputat gün biz pensiyaçıları düşünməyin vacibliyini vurğulayıb: "Qiymətlər qalxır, qazın qiyməti də qalxıb". Deputat bildirib ki, qiymətlər qalxanda bunun real səbəbi deyilmir: "Çalışırıq ki, bunu əsaslandıraq ki, sanki camaatın xeyrinədir. Adını qoyuruq ki, bu, idarəetmənin təkmilləşdirilməsi deməkdir. Amma hansı məqsədlə edilir edilsin, qiymət qalxırsa, xüsusilə pensiyaçılar, aztəminatlı ailələr bundan əziyyət çəkir. Buna görə də Milli Məclisin Sosial siyasət komitəsi bu məsələyə münasibət bildirməlidir. Mən də razıyam ki, bu tipli məsələlərə dair qiymətlər monopolist dövlət qurumları deyil, parlament tərəfindən müəyyənləşdirilməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31