Qüdrət Həsənquliyev: “Parlamentin iclaslarının sayı artırılmalıdır”
Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentdə deputatlara çıxış üçün imkan yaradılmalmasını tələb edib.
2 İyul 2021 12:38 SosialMilli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentdə deputatlara çıxış üçün imkan yaradılmalmasını tələb edib. "Olaylar"ın məlumatına görə, millət vəkili həmçinin qeyd edib ki, iclasların sayı da artırılmalıdır: "Rəhmətlik Murtuz Ələsgərovun vaxtında hamı bildirdi ki, hər həftənin ikinci və beşinci günləri parlamentin iclasıdır. Hesab edirəm ki, parlamentin iclaslarının sayı artırılmalıdır. Cari məsələlər zamanı deputatlara çıxış üçün imkan yaradılmalıdır".
Milli Məclisin sədri Sahibə Qafarova isə bildirib ki, demək olar ki, hər həftənin 2-5-ci günləri iclas olur: "Deputatlara da çıxış etmək imkanı yaradılır. Əgər müəyyən edilən vaxta kimi kiməs çıxış edə bilməzsə, çıxışını katibliyə təqdim edə bilər. Həmçinin parlamentdə olan jurnalistlərə açıqlamalar və müsahibələr verə bilər".