Nazirlik 1.500-dən artıq hüquqi akt layihəsi hazırlayıb
1 İyul 2021 15:06 SosialCari ilin birinci yarımilində Ədliyyə Nazirliyi tərəfindən 1.500-dən artıq hüquqi akt layihəsi hazırlanıb, 1.400-dən çox akt ekspertizadan keçirilib. Nazirlikdən "Olaylar"a bildirilib ki, əhalinin hüquqi biliklərinin artırılması məqsədilə milli qanunvericiliyin yeni vahid elektron bazası (e-qanun.az) istifadəyə verilib, funksionallığı, interaktivliyi və əlçatanlığı ilə fərqlənən bu elektron resursa cari ildə daxilolmaların sayı 1,1 milyonu ötüb. Həmçinin vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı maarifləndirilməsi məqsədilə nazirliyin sosial şəbəkə səhifələrinin imkanlarından istifadə edilməklə mətbuat konfransı və onlayn brifinqlər keçirilib. Dövlət başçısının vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları diqqətdə saxlanılaraq 1.900 vətəndaş bilavasitə və videoformatda qəbul edilib, müraciətlərlə bağlı zəruri tədbirlər görülüb.