Toyda qudalar arasında əlbəyaxa dava: gəlin əsəbdən maşını yumruqladı - VİDEO

 

 

 

Türkiyənin İstanbul şəhərinin Esenyurt bölgəsində toyda qız və oğlan tərəfləri arasında mübahisə yaranıb.

"Ölkə.az" xəbər verir ki, mübahisəyə səbəb toyda qonaqların gəlinə taxdığı qızıllar olub.

Gəlin qızılları qoyaraq atası ilə birgə toy yerini tərk edərkən qapının ağzında qudalar arasında əlbəyaxa dava düşüb.

Vəziyyəti görən gəlin əsəbləşərək gəlin maşınını yumruqlamağa başlayıb.

Davaya görə toy yarımçıq qalıb, gəlin isə atasının maşınına minərək ərazidən uzaqlaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31