DGK Müdafiə Nazirliyinə ərzaq və dərman preparatları təhvil verib
30 İyun 2021 14:51 SosialDövlət Gömrük Komitəsi tərəfindən Müdafiə Nazirliyinə xeyli miqdarda qeyri-ərzaq məhsulları, dərman preparatları və tibbi ləvazimatlar təhvil verilib. Komitədən "Olaylar"a verilən məlumata görə, müvafiq məhkəmə qərarları ilə dövlət nəfinə müsadirə edilən və dövlət xeyrinə imtina olunan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 88 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalara əsasən xeyli miqdarda qeyri-ərzaq məhsulları, habelə 16533 ədəd dərman preparatları və tibbi ləvazimatlar gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin səlahiyyətli şəxslərinə təhvil verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31