Bakıdakı bu liseyə Lütvi Zadənin adı verildi
30 İyun 2021 11:26 SosialBaş nazir Əli Əsədov görkəmli elm xadimi Lütvi Zadənin xatirəsinin əbədiləşdirilməsi haqqında qərar imzalayıb.
Olaylar.az bildirir ki, bununla bağlı Nazirlər Kabineti məlumat yayıb.
Qərara əsasən, Bakı şəhərinin Nəsimi rayonunda yerləşən Texniki-humanitar liseyə Lütvi Zadənin adı verilib.
Eyni zamanda Bakı Şəhər İcra Hakimiyyəti Lütvi Zadənin Bakı şəhərində yaşadığı binaya (Əlövsət Quliyev küçəsi, 79) xatirə lövhəsinin vurulmasını təmin edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31