Bakıda yaşayış binasında yanğın olub

Paytaxt Bakıda yaşayış binasında yanğın qeydə alınıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, Səbail rayonunda beşmərtəbəli yaşayış binasında qeydə alınıb. Belə ki, binanın beşinci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 10 ədəd sayğac, 10 ədəd qoruyucu açar və 4 p.m kabel yanıb. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31