Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətinin Macarıstana rəsmi səfəri başlayıb

Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Macarıstanın paytaxtı Budapeşt şəhərinə gəlib. Olaylar xəbər verir ki, "Budapeşt Liszt Ferenc" hava limanında nümayəndə heyətimizi Macarıstan parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri Attila Tilki, Macarıstan parlamentinin Parlamentlərarası əlaqələr üzrə departamentinin rəhbəri Layoş Kohari, ölkəmizin Macarıstandakı səfiri Vilayət Quliyev və digər rəsmi şəxslər qarşılamışlar. Milli Məclisin nümayəndə heyətinin Budapeştdə rəsmi görüşləri nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31