Mərdəkan yolundakı yanğının səbəbi AÇIQLANDI
23 İyun 2021 13:18 SosialBakının Xəzər rayonunda, Mərdəkan dairəsi yaxınlığında, Şağan istiqamətində yol kənarında yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yanğın iaşə obyektində qeydə alınıb.
"Hazırda əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Yanğın söndürülüb", - nazirlikdən vurğulanıb.
Qeyd edək ki, həmin ərazidə yollarda sürət bütün zolaqlar üzrə 60 km/saata endirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31