Deputat söz verdi: “Digər problemlər də tez bir zamanda aradan qaldırılacaq”

"Bu günlərdə Tərtərdə seçicilərlə görüşdə bəzi problemlər qaldırıldı ki, onlardan da biri Evoğluda olduğu kimi transformatorların köhnəliyi üzündən elektrik avadanlıqlarının tez-tez sıradan çıxmasıyla bağlıydı". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sahib Alıyevin sözlərinə görə, bundan başqa həmən Evoğlu qarışıq bir sıra kəndlərdə həddən artıq köhnəlmiş naqillərin dəyişdirilməsinə böyük ehtiyac var. Arada-sırada  sayğaclarla bağlı da narazılıqlar olur: "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" qanunun müzakirəsi zamanı mən bunları uyğun qurumların diqqətinə çatdırdım. Ancaq onu da deməliyəm ki, son bir neçə ildə Tərtərin  enerji infrastrukturunun yenilənməsi yönündə mühüm addımlar da atılıb və onu görməmək mümkün deyil. Ümid edirəm ki,  bu sahədə həllini gözləyən digər problemlər də tez bir zamanda aradan qaldırılacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31