Sabah iyun ayının ƏN İSTİ günü olacaq - XƏBƏRDARLIQ
23 İyun 2021 11:35 Sosialİyunun 24 və 25-də Bakı şəhərinin bəzi ərazilərində 40-42 dərəcə isti olacaq.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sözügedən günlərdə respublikanın rayonlarında 35-40, Aran rayonlarında isə 42-44 dərəcəyədək yüksələcəyi gözlənilir.
Tibbi-meteoroloji proqnoza gəlincə isə Bakıda və Abşeron yarımadasında anomal isti, günün bəzi saatlarında durğun hava şəraiti, zəif küləklərin üstünlüyü, gündüz güclü temperatur diskomfortu gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31