Azərbaycan dövləti əhalinin sağlamlığının qorunmasını prioritet vəzifə hesab edir
“2020-ci il başlayandan dünyanı yeni bir bəla-koronavirus pandemiyası öz ağuşuna alıb. Qlobal infeksiya çox saylı insan ölümünə səbəb olmaqla yanaşı, dünya ölkələrini ciddi iqtisadi,maliyyə səhiyyə və sosial problemlərlə üz üzə qoydu
23 İyun 2021 10:48 Sosial"2020-ci il başlayandan dünyanı yeni bir bəla-koronavirus pandemiyası öz ağuşuna alıb. Qlobal infeksiya çox saylı insan ölümünə səbəb olmaqla yanaşı, dünya ölkələrini ciddi iqtisadi,maliyyə səhiyyə və sosial problemlərlə üz üzə qoydu. İqtisadi inkişaf səviyyəsindən, dünya siyasətində tutduğu mövqedən asılı olmayaraq, hazırda bütün ölkələr pandemiyanın yaratdığı fəsadları aradan qaldırmaq, bu bəladan daha az itki ilə çıxmaq üçün yollar axtarır. Ancaq digər ölkələrdən fərqli olaraq Azərbaycan koronavirusla mübarizədə müsbət mənada fərqlənməyi bacardı". Bunu "Olaylar"a deyən Yardımlı rayon Tarix-Diyarşünaslıq muzeyinin fond müdiri İlqar Həsənovun sözlərinə görə, Azərbaycan Respublikası Prezdenti İlham Əliyev cənablarının, qabaqlayıcı və düşünülmüş siyasəti sayəsində Azərbaycan dövləti və xalqı, inkişaf etmiş dünya ölkələrindən fərqli olaraq, koronavirusun yaratdığı ağır zərbələrdən yayınmağa müvəffəq oldu.İnfeksiyaya yoluxma hallarının geniş vüsət aldığı ilk anlardan Azərbaycan dövləti Ümümdünya Səhiyyə Təşkilatı (ÜST) ilə yaxından əməkdaşlıq şəraitində, əhalinin sağlamlığının qorunması, pandemiyanın geniş vüsət alınmasının qarşısının alınması istiqamətində mühüm addımlar atılmağa başlanıldı. Dövlətimiz virusla mübarizədə bütün mümkün tədbirləri görürdü: "Virusa qarşı aparılan mübarizədə, görülən tədbirlərdə verilən qərarlarda ilk novbədə Azərbaycan xalqının sağlamlığı və Azərbaycan dövlətinin təhlükəsizliyi dururdu. Dövlətimiz virusa qarşı mübarizədə bütün mümkün tədbirləri görür və görməkdə də davam edir. Son aylarda dünyada yayılan yeni növ koronavirus infeksiyasının coğrafiyasının genişlənməsi ölkəmizdə də bu xəstəliyə yoluxma hallarının qarşısının alınması məqsədilə müvafiq preventiv və profilaktik tədbirlərin gücləndirilməsini zəruri edir. Bu məqsədlə, əhalinin müxtəlif təbəqələrinin, o cümlədən sahibkarlıq subyektlərinin bu növ tədbirlərə dəstək verməsi, sosial həmrəylik nümayiş etdirməsi görülən işlərin səmərəliliyinə bilavasitə təsir edən xüsusi əhəmiyyətli məsələlərdən olmaqla, korporativ sosial məsuliyyəti, dövlət - vətəndaş birliyini əks etdirən əsas faktorların bariz göstəricisidir".