Boşanmaq istəyənlər əvvəlcə bunu etməli olacaq - QAYDALAR DƏYİŞİR

Nikah müqaviləsi və onun məzmunu dəyişir.

Nikah müqaviləsi və onun məzmunu dəyişir.

Olaylar.az xəbər verir ki, bu, Ailə Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, nikah müqaviləsinə mediasiyaya dair şərtlər də daxil edilə bilər.

Bu sahələrdə işləyənlərin NƏZƏRİNƏ! İş prosesi dayandırılmalıdır - VİDEO

Ailə Məcəlləsinə ailə münasibətlərindən irəli gələn mübahisələrin həlli ilə bağlı yeni 7-1-ci maddə daxil edilir. Layihəyə əsasən, ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn münasibətlərlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sabah keçiriləcək iclasının gündəliyinə daxil edilib. (APA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31