“III və IV doza peyvəndlənmə də olacaq” - Həkim uroloq

"Peyvəndin cəmiyyətdəki effektivliyinin məntiqi nəticəsi olaraq 6-7 aydan bir peyvəndlənmə prosesinin təkrarlanmasını müşahidə edəcəyik".

Bunu "ABR 24"ün "İşgüzar səhər" verilişinə açıqlamasında həkim Vasif İsmayıl deyib. O bildirib ki, tibbi cəhətdən koronavirus peyvəndi vaxtaşırı təkrarlanmalıdır:

"Aparılan araşdırmalar göstərdi ki, peyvəndlənəndən və ya virusa yoluxub sağalandan sonra qandakı anticismlər altı ay ərzində qoruma sərhədindən aşağıya doğru gedir. Ona görə də III və IV doza peyvəndlənmə olacaq. Bu günə qədər bu məsələnin çox danışılmamasının səbəbi peyvəndin təsirinin yoxlanılması ilə bağlıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31