Toy mərasimi keçirilən şadlıq saraylarında ventilyator və sərinkeşlərdən istifadə qadağan edilib

Toy mərasimi keçirilən şadlıq saraylarında ventilyator və sərinkeşlərdən istifadə qadağan edilib

Şənlik mərasimləri zamanı ictimai iaşə müəssisələrində kondisioner və havalandırma sistemlərinin texniki baxışının vaxtında həyata keçirilməsi təmin olunmalıdır.

Olaylar.az APA-ya istinadən bildirir ki, bu "İctimai iaşə müəssisələrində koronavirus (COVID-19) profilaktikasına dair Metodiki Göstərişlər" də əksini tapıb.

Qeyd olunub ki, şənlik mərasimləri zamanı ictimai iaşə müəssisələrində ventilyator və sərinkeşlərdən istifadə edilməməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31