Azərbaycanda yeni fond yaradılır
22 İyun 2021 14:04 SosialAzərbaycanda Enerji effektivliyi fondu yaradılır. "Olaylar"ın məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılacaq "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" yeni qanun layihəsində əksini tapıb. Sənəddə qeyd olunur ki, enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi üzrə tədbirlərin stimullaşdırılması və təşviqi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) enerji effektivliyi fondu yaradır. Fond enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsinin təşviqi məqsədilə stimullaşdırıcı tədbirlər həyata keçirəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31