Deputat: “Yenə də bəzi adamlar kənarda qalacaq”
22 İyun 2021 12:53 SosialMilli Məclisin deputatı Sabir Rüstəmxanlı parlamentin bu gün keçirilən növbədənkənar sessiyasında əlilliklə bağlı çıxış edib. "Olaylar" xəbər verir ki, deputat görülən işləri inkar etmək olmadığını bildirib: "Görünür, əlilliklə bağlı müəyyən dəyişikliklər var. Biz də qanun layihəsinə səs veririk. Sadəcə müəyyən müddətdən sonra biləcəyik ki, qəbul etdiyimiz qərarlar millətin xeyrinədir yoxsa yox".
Sabir Rüstəmxanlı vətəndaşların elektron formadan istifadə edə bilmədiklərindən də danışıb: "Əlillik dərəcələrinin müəyyən edilməsi elektron formada göndərilir. Təəssüf ki, Bakıda, əsasən də rayonlarda bunu edə biləcək adamlar yoxdur. Bir sənədin doldurulması üçün növbələr dayanır. Sənədlər də çox zaman doğru doldurulmur. Bu da süründürməçiliyə gətirib çıxarır. Hesab edirəm ki, o işi bilən adamlar hazırlanmalıdır. Yenə də bəzi adamlar kənarda qalacaq. Tələbkarlıq artırılsa daha yaxşı olar".