Azərbaycanda restoranda güclü yanğın - Video

Şabran rayonunda restoranda yanğın olub.

Olaylar.az APA-ya istinadən xəbər verir ki, Bakı-Quba yolunun kənarında yerləşən "Qala" restoranında başlayan yanğının söndürülməsi üçün əraziyə Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və yanğınsöndürən maşınları cəlb olunub və yanğın söndürülüb.

Yanğın nəticəsində restoranın 500 kvadratmetr hissəsi tamamilə yanıb. Yanğının söndürülməsi üçün əraziyə Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və yanğınsöndürən maşınları cəlb olunub. Alovun ətraf əraziyə keçməsinin qarşısı alınıb.

Yanğının səbəbləri araşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31