Nazirlik dərsliklərlə bağlı şagirdlərin fikirlərini öyrənir - İLK DƏFƏ

2022-2023-cü tədris ilinə ölkənin ümumi təhsil müəssisələrinin III, VII və X sinifləri üçün təkmilləşdiriləcək dərsliklərə dair bu il həmin dərsliklərdən istifadə edən şagirdlərin fikirlərinin öyrənilməsi prosesinə başlanılıb.

Təhsil Nazirliyindən  verilən məlumata görə, bu məqsədlə "Virtual məktəb" platformasında dərsliklərlə bağlı sorğu yerləşdirilib.

Hər bir dərslik üzrə sorğuya daxil olaraq irad və təklifləri yazmaq mümkündür.

Qeyd edək ki, Təhsil Nazirliyi bu il ilk dəfə olaraq şagirdlərin fikirlərini öyrənməyi planlaşdırır və onları bu sorğuda yaxından iştiraka dəvət edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31