Nazir: “Daxilolmalar üzrə proqnoz 127,1 faiz icra edilib”
21 İyun 2021 14:00 Sosial"İqtisadi inkişafa stimul yaradan mütərəqqi vergi sisteminin tədbiqi müsbət nəticələr verir". "Olaylar"ın məlumatına görə, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün sosial media hesabında yazıb. Nazir bildirib ki, bu ilin yanvar-may aylarında dövlət büdcəsinə vergi daxilolmaları 3,8 milyard manatdan çox olub: "Daxilolmalar üzrə proqnoz 127,1 faiz icra edilib. Artım əsasən qeyri neft-qaz sektorunun hesabınadır. Bu sahə üzrə daxilolmalar 2 754 000 000 manat təşkil edib və proqnozdan əlavə büdcəyə 471 800 000 manat ödənilib".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31