Kafe və restoranlarla bağlı bu məhdudiyyət ləğv edilməlidir - AÇIQLAMA
21 İyun 2021 13:51 Sosial"Fikrimcə, bu məhdudiyyəti ləğv etmək olar. Onsuz da kafe və restoranların fəaliyyətinə icazə verilib. Axşam 18:00-da və ya gecə 01:00-da 100 nəfərin əyləşməsi heç nəyi dəyişmir".
Olaylar.az xəbər verir ki, bunu "ARB 24"ün "Nə baş verir?" verilişinə açıqlamasında həkim Aqil Axundov deyib.
O həmçinin əlavə edib ki, Operativ Qərargahın qoyduğu qaydalara riayət olunacaqsa, saatın o qədər də önəmi yoxdur. Bu məkanlara təsadüfi insanlar toplaşır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31