Azad olunan ərazilərdə minaya düşən vətəndaşların sayı AÇIQLANDI

"Mina problemi qarşımızda duran çox ciddi məsələlərdən biridir. Ermənistanın minaladığı torpaqlarda noyabrın 10-dan indiyədək minaların partlaması nəticəsində 28 Azərbaycan vətəndaşı həlak olub, 120-dən artıq insan yaralanıb”.

"Mina problemi qarşımızda duran çox ciddi məsələlərdən biridir. Ermənistanın minaladığı torpaqlarda noyabrın 10-dan indiyədək minaların partlaması nəticəsində 28 Azərbaycan vətəndaşı həlak olub, 120-dən artıq insan yaralanıb".

Olaylar.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda rəsmi səfərdə olan Qazaxıstan baş nazirinin müavini - xarici işlər naziri Muxtar Tileuberdi ilə görüşdən sonra bəyanatında deyib.

Nazir əlavə edib ki, Ermənistanın mina xəritələrini verməməsi vəziyyəti daha da mürəkkəbləşdirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31