Bakıda tozlu havanın neçə gün davam edəcəyi açıqlanıb

Havada toz dumanı davam edir.

Milli Hidrometeorologiya Xidmətindən   verilən məlumata görə, bu gün Bakı və Abşeron yarımadasında toz dumanı müşahidə olunur.

Avtomatik stansiyalardan saat 16:00-a daxil olan məlumata əsasən Bakı şəhərində havada dispers toz hissəciklərinin konsentrasiyası sanitar normadan 5,1 dəfə yüksək qeydə alınıb.

Peyk görüntülərinə əsasən havada müşahidə olunan toz hissəcikləri transsərhəd xarakter daşıyır.

Belə tozlu havanın iki gün ərzində davam edəcəyi gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31