Ermənistanda son sutka ərzində koronavirusa 81 nəfər yoluxub

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 81 yoluxma halı qeydə alınıb.

Olaylar.az APA-ya istinadən bildirir ki, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 224167-yə çatıb.

Son 24 saat ərzində ölkədə koronavirusdan 4 ölüm halı qeydə alınıb. Bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4496-ya çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31