Bakıda uşağı elektrik cərəyanı vurub

Bakının Binəqədi rayonunda azyaşlı ehtiyatsızlıqdan ağır xəsarət alıb.

Olaylar.az APA-ya istinadən xəbər verir ki, hadisə Binəqədi qəsəbəsində baş verib.

2010-cu il təvəllüdlü Səlimov Sabir Kamil oğlu evlərinin yanında elektrik qurğusuna toxunub. Nəticədə onu elektrik cərəyanı vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31