“Kiminləsə quda ola bilərəm, ancaq bu toy demək deyil” - Səməd Seyidov
19 İyun 2021 07:33 Sosial"Bu gün bir sıra saytlarda məlumat gedib ki, mən oğluma toy eləmişəm, xeyr, bu doğru deyil."
Yenisabah.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Səməd Seyidov bildirib. O daha sonra yayılan məlumatla bağlı bunları deyib:
" Mən bir daha rəsmi bəyan edirəm ki, heç bir toy məclisi keçirilməyib. Pandemiya dövründə bu ola da bilməz. Bəli, mən kiminləsə quda ola bilərəm, amma bu o demək deyil ki, mən toy eləmişəm. Övladlarımız gedib zaks ediblər, ancaq toy məclisi keçirilməyib."
Qeyd edək ki, deputatın oğlu Urxan Seyidov "EFES Elçin" kimi tanınan iş adamı, "CARÇIOGLU GROUP" MMC-in prezidenti Elçin Carçıyevin qızı ilə nikaha daxil olub. Yayılan məlumatda dünən cütlüyün Bakıda toy mərasiminin keçirildiyi bildirilirdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31