Millət vəkili tanınmış iş adamı ilə quda oldu – Bu gün toydur

Millət vəkili Səməd Seyidov tanınmış iş adamı ilə quda olur.

Manşet.az  xəbər verir ki, deputatın oğlu Urxan Seyidov "EFES Elçin" kimi tanınan iş adamı, "CARÇIOGLU GROUP" MMC-in prezidenti Elçin Carçıyevin qızı ilə nikaha daxil olub. Bu gün cütlüyün Bakıda toy mərasimi keçiriləcək. Məclisə az sayda qonaqlar dəvət olunub.

Məsələ ilə bağlı S.Seyidovla əlaqə saxlasaq da o, bu barədə danışmaq istəməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31