Lənkəran sakininin evində 1 kq heroin aşkar edilib

Lənkəran şəhər sakininin evindən xeyli miqdarda narkotik maddə aşkar edilib. DİN-dən "Olaylar"a bildirilib ki,  Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş E.Mirişzadə heroin satarkən saxlanılmışdır. Ətrafında aparılmış tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan 1 kiloqramdan artıq tiryək, 1 kiloqram 503 qram heroin və elektron tərəzi də aşkar edilərək götürülmüşdür

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31