Su sayğacını oğurlayan şəxs ələ keçib
18 İyun 2021 16:05 SosialAlim\"OLAYLAR"İA\ Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb. DİN-dən "Olaylar"a bildirilib ki, Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda P.Yaqubovanın, Ə.Hüseynzadənin, S.Məmmədovanın və B.Xanmuradovun mənzillərinə quraşdırılmış su sayğaclarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Umudov saxlanılmışdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31