Qadını şantaj edən şəxs saxlanıb
18 İyun 2021 15:56 SosialHədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Xəzər RPİ-yə müraciət edən 32 yaşlı bir qadın cari ilin mart-aprel aylarında tanışının onun videogörüntülərini sosial şəbəkədə paylaşacağı ilə hədələyib 8700 manat pul tələb etməsini bildirmişdir. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Bakı şəhər sakini A.Abdullayev müəyyən edilərək saxlanılmışdır. Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31