6 ay sonra risk qrupuna daxil olanlara III doza peyvənd vurula bilər - HƏKİM

Peyvəndin III dozasının tətbiqi ilə bağlı zərurət yarana bilər.

Olaylar.az xəbər verir ki, bunu ARB24-ün "İş vaxtı" verilişinə açıqlamasında həkim Vüqar Cavadzadə deyib. O bildirib ki, 6 aydan sonra risk qrupuna daxil olan şəxslər yenidən peyvəndlənə bilər:

"Son günlər antitellərlə bağlı analizlərin nəticəsindən aydın olur ki, 4-5 ay bundan əvvəl xəstəliyi keçirənlərin qanında antitellərin miqdarı çox aşağı olur və ya heç olmur. Belə olan halda həmin insanların virusa yoluxması qaçılmazdır. Çox güman ki, peyvəndin III dozasının vurulmasına zərurət yaranacaq. Yəqin ki, bu, ilk növbədə risk qrupuna daxil olan şəxslərə, yəni həkimlər və yaşı çox olan insanlara bu, tətbiq olunacaq. Çünki peyvəndin yaratdığı antitellər demək olar ki, 6 aydan sonra yox olmaq üzrə olur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31