Azəralüminium MMC-nin  Gəncə Alüminium Kompleksinin direktoru Cəmil Səfərov diploma layiq görülüb

Azərbaycan Texnologiya Universitetinin dosenti, Azəralüminium MMC-nin  Gəncə Alüminium Kompleksinin direktoru Cəmil Səfərov diploma layiq görülüb. "Olaylar" xəbər verir ki, diplom Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyası tərəfindən verilib. Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının "Türk Dünyasının  Fəxri Ziyalısı Uluslararası Ödülü",  "Uluslararası Altın Yıldız Medalyası" və   Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının fəxri professoru diplomu ilə təltif olunan Cəmil Səfərov  2018-ci ildən elmlər doktorudur. Rəhbərlik etdiyi Azəralüminium MMC-nin  Gəncə Alüminium Kompleksində istehsal göstəriciləri yüksək səviyyədədir.

Cəmil İldır oğlu Səfərov 1986-cı ildə Azərbaycan Texniki Universitetinin Mexanika fakültəsini Maşınqayırma texnologiyası, metalkəsən dəzgahlar və alətlər ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə də elə həmin il gənc mütəxəssis kimi Bakı "Radioquraşdırma" İstehsalat Birliyində başlayıb. 1987-ci ildə isə istehsalatdan ayrılmamaq şərti ilə "VODQEO" ÜETİ-nun Bakı filialının aspiranturasına daxil olub. 1991-ci ildə "Разработка технологии очистки и повторного использования смазочно-охлаждающих жидкостей и ее оптимизация" adlı dissertasiya işini Azərbaycan Sənaye Universitetində müdafiə edərək SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının 15 yanvar 1992-ci il tarixli qərarı ilə texnika elmləri namizədi elmi dərəcəsi almışdır. O, Bakı "Radioquraşdırma" İstehsalat Birliyində 1996-ci ilin may ayına qədər işləmiş və bu illər ərzində müxtəlif vəzifələrdə - mühəndis-konstruktor, 3-cü kateqoriyalı mühəndis-konstruktor, avtomat və rəqəmli proqramlarla idarə olunan dəzgahlar sahəsində sahə ustası, 3-cü, 2-ci, 1-ci kateqoriyalı mühəndis-texnoloq, texnoloji alətlərin layihələndirilməsi üzrə aparıcı-konstruktor, birliyin baş texnoloqu kimi vəzifələrdə çalışmışdır. 1995/1996-cı tədris ilindən 2000/2001-ci tədris ilinə qədər "Naxçıvan" Universitetində dosent, həmçinin dekan müavini, dekan və prorektor vəzifələrində çalışmışdır. 2000-ci ildə Kursk Dövlət Texniki Universitetinin (Rusiya Federasiyası) doktoranturasına daxil olmuş, 2018-ci ildə isə Azərbaycan Milli Aviasiya Akademiyasinın nəzdində fəaliyyət göstərən ixtisaslaşmış elmi şurada "Динамика и синтез технологических вибромашин с электромагнитным виброприводом применяемых для очистки сточных вод" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək Texnika üzrə elmlər doktoru elmi dərəcəsi almışdır.

2001-2011-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində müəllim, 2013-cü ildən 2020-ci ilədək Azərbaycan Dövlət Aqrar Universitetində baş müəllim və dosent vəzifələrində çalışmış, hal hazıda isə Azərbaycan Texnologiya Universitetində dosent vəzifəsində çalışır. Eyni zamanda, 2005-2010-cu illərdə "Azəralüminium" ASC-də İstehsalat departamentinin direktoru, istehsalat üzrə baş direktorun müavini, baş direktorun istehsalat üzrə müşaviri vəzifələrində, 2010-2018-ci illərdə "Det-Al Alüminium" MMC-nin baş direktorunun müavini və Gəncə Alüminium Kompleksinin direktoru vəzifələrində işləyib. 2018-ci ildən hazırki vaxtadək isə "Azəralüminium" MMC-nin Gəncə Alüminium Kompleksinin İstehsalat üzrə rəhbəri vəzifəsində çalışır.

Cəmil İldır oğlu Səfərov 4 monoqrafiya, 12 dərslik və dərs vəsaiti, 6 ixtiranın, ümumilikdə isə 112 adda dərc olunmuş elmi işlərin müəllifidir, hansı ki, bu işlərdən 51 ədədi dünyanın Rusiya, Fransa, Hindistan, Almanıya, İspaniya, Braziliya, Şotlandiya, Danimarka və s. kimi 12 müxtəlif ölkəsində nüfuzlu jurnallar və konfrans materiallarında çap olunmuşdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31