Ağdam şəhəri minalardan təmizlənir
18 İyun 2021 12:40 SosialAğdamın işğaldan azad olunan ərazilərinin minalardan təmizlənməsi prosesi davam edir.
Olaylar.az bildirir ki, bunu Trend-ə açıqlamasında Ağdam rayon İcra Hakimiyyəti başçısının müavini Allahverən Əliyev deyib.
O bildirib ki, hazırda Ağdam şəhərinin mina və partlamamış sursatlardan təmizlənməsi işləri görülür: "Hazırda şəhər və bir neçə kəndin ərazisi təmizlənir. Şəhərdə artıq tikinti işləri başlanır. Kəndlərin əkin sahələri isə təmizlənərək payızlıq əkinə hazırlanır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31