"Qarabağ qaziləri" ictimai birliyindən Milli Məclisin 18 iyun iclasına təklif

Qazilərlə bağlı vəziyyət çox gərgindir. Əlillik dərəcələrinin təyin edilməsi ilə bağlı  Qazilərin ciddi narazlığı var. Səbəb: Nazirlər Kabineti 2015- ci ildə gizli, yəni saxtakarlıq yolu ilə 413 saylı qərar qəbul edib. Deputat Musa Quliyev də mətbuata açıqlamasında bunu etiraf edib. Bütün problemlər buradan başalayıb. Yəni əvvəlki qərarla 2015-ci ilədək əlillik dərəcəsi alan Qazilər 2021-ci ildə təkrar müainəyə gələrkən 2015- ci ildə qəbul edilmiş 413 saylı qərarla əlilliyə səbəb olan xeyli  xəstəliklər siyahıdan çıxarılıb deyə, komissiya  yenidən Qaziyə əlillik dərəcəsi verə bilmir. Hazırda MM-də Əmək və Əhalinin Sosial  Müdafiəsi Nazirliyi tərəfindən təqdim edilən yeni düzəlişlər layihəsi  müzakirə edilir. Əgər bu layihə yaxşıdırsa,  qəbul edilsə belə 2023 cü ildə qüvvəyə minəcək. Ona qədər isə Qazilərə qarşı haqsızlıq davam edəcək! 

Ona görə aşağıdakıları təklif edirik:

1) Çıxış yolu kimi NK-nin saxta 413 saylı qərarı ləğv edilib, yenisi (indi müzakirə edilir) qəbul edilənə qədər müainə vaxtı çatan Qazilərin əllik müddəti 1 il uzadılsın.  Bu 1 ildə məsələ tam aydınlaşana kimi Qazilər ac qalmasın. Bu təklif yeganə çıxış yoludu hələlik. 

2) Son 44 günlük döyüşlərdə təxminən 11 min civarında yaralanmış Qazilərimiz var. Onlardan təxminən 4500-5000 nəfərinə əlillik dəcəsi veriləcək! Qalır hardasa 6 min əlillik dərəcəsi düşməyən yaralı.  Onların da tam əksəriyyəti gənclərdi. Və onların tam əksəriyyəti hələ peşəsini, gələcək həyatlarını müəyyənləşdirməyib. Ona görə də təklif edirik ki, yaralılarımıza dəstək kimi 6 min nəfərin hər birinə 5 illik ayda beş  yüz (500) manat pul verilsin! Bu 5 ildə onlar özlərinə bir peşə, iş güc, güzəran qurarlar.  Büdcəmiz buna imkan verir, heç kəs də o yana, bu yana yozmasın, qələbəmiz üçün canları yaralıdır onların! 

P.S. Məbləğ və müddət dəyişə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31